Ollandın Qafqaz səfəri başa çatır

Ollandın Qafqaz səfəri başa çatır
  13 May 2014    Oxunub:919
Gürcüstan prezidenti Georgi Marqvelaşvili mayın 13-də fransalı həmkarı ilə görüşəcək. Fransua Olland Tbilisidə öz Qafqaz turnesini başa çatdıracaq.
O, artıq Bakı və İrəvanda olub. Trend Gürcüstanın dövlət rəhbərinin icra aparatına istinadən məlumat verir ki, Gürcüstan prezidentinin Avlabar iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra iki ölkənin prezidentləri təkbətək, sonra isə geniş tərkibdə görüşəcəklər.
Fransua Olland və Georgi Marqvelaşvili danışıqlar nəticəsində gürcü və xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirəcəklər.

Səfər çərçivəsində Fransa prezidenti Gürcüstanın baş naziri ilə görüşəcək və Gürcüstan-Fransa iqtisadi forumunda iştirak edəcək.

Fransa nümayəndə heyəti Gürcüstana səfərini bu gün başa vuracaq.


Teqlər:  





Xəbər lenti