Tanınmış siyasətçi güllələndi

Tanınmış siyasətçi güllələndi
  13 May 2014    Oxunub:1134
İzabel Karrasko qətlə yetirilib.
İspaniyanın şimalında yerləşən Leon şəhərində ölkənin tanınmış qadın siyasətçisi İzabel Karrasko qətlə yetirilib.

Naməlum qadın piyada körpüsündən keçən İ.Karraskoya bir neçə dəfə atəş açıb. İ. Karrasko yerindəcə keçinib.

Qeyd edək ki, 59 yaşlı Karrasko Leon əyalətinin hökumət başçısı, və hakim Xalq Partiyasının region üzrə rəhbəri olub.

Hadisə ilə əlaqədar artıq iki qadın həbs edilib, ispan mətbuatı qətlin qisas məqsədilə törədildiyini bildirir.

Səbinə


Teqlər:  





Xəbər lenti