Rus qoşunları yenidən fəallaşdı

Rus qoşunları yenidən fəallaşdı
  13 May 2014    Oxunub:1062
Ukrayna sərhədinə yaxın ərazilərdə cəmləşən Rusiya hərbi qüvvələri bu gündən etibarən aktiv şəkildə yerdəyişmələrə başlayıb.
Bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, rus qoşunlarının eləcə də ağır zirehli texnikasının sayında hər hansı dəyişiklik yoxdur. Lakin onlar aktiv şəkildə yerdəyişmələrə başlayıblar.

“Rus qoşunları təxribatla məşğuldurlar. Ukrayna hava məkanını daim nəzarətdə saxlayırlar. Rusların məqsədi ukraynalı sərhədçilərini gərgin vəziyyətdə saxlamaqdır. Bütün bunlara baxmayaraq, Ukraynanın müvafiq strukturları rus hərbçilərinin addımlarını diqqətdə saxlayır”.

Xatırladaq ki, mayın 7-də Rusiya Prezidenti Vladimir Putin qoşunların Ukrayna sərhəddindən geri çəkildiyini bəyan etmişdi (axar.az).



Teqlər:  





Xəbər lenti