Macarıstan Ukraynadan muxtariyyət tələb etdi

Macarıstan Ukraynadan muxtariyyət tələb etdi
  13 May 2014    Oxunub:1047
Macarıstan Baş naziri Viktor Orban parlamentdə çıxışı zamanı Ukrayna, Slovakiya və Rumıniyadan həmin ölkədə yaşayan macarlara muxtariyyət verilməsini tələb edib.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir.

“Karpat regionunda yaşayan macarların ikili vətəndaşlığı, milli cəmiyyətləri və muxtariyyətləri olmalıdır” – deyə, Orban bildirib.

Çıxışı zamanı o, Ukraynanın Zakarpatiye vilayətində yaşayan macarlara xüsusi diqqət ayırıb: “Milliyətcə 200 min macarın yaşadığı Ukraynada bu məsələ gündəmə gəlməlidir. Oradakı macar cəmiyyəti ikili vətəndaşlıq, özünüidarə hüquqlarını əldə etməlidir. Bu yeni Ukrayna hakimiyyətindən məhz bu addımların atılmasını gözləyirik”.


Teqlər:  





Xəbər lenti