Olland gələn il “genosidin yubileyinə” gələcək

Olland  gələn il “genosidin yubileyinə” gələcək
  13 May 2014    Oxunub:1427
Fransa prezidenti Fransua Olland 2015-ci il aprelin 24-də növbəti dəfə Yerevana səfər edəcək.
Fransa prezidentinin Ermənistana növbəti səfərinin məqsədi “erməni genosidi”nin 100-cü il dönümündə iştirak etməkdir.

Erməni mətbuatının məlumatına görə, Fransua Olland bu barədə Ermənistan prezidenti Serj Sarkisyanla birgə Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Mənim tədbirdə iştirakım sülhə, dünyada bir daha bu cür”genosidlərin” təkrarlanmamasına çağırış məqsədi daşıyacaq”.

Türkiyənin baş nazirinin ermənilər ünvanlanmış müraciətini şərh edən Olland bildirib ki, Fransa bu bəyanatın pozitiv hissələrinə görməyə çalışıb.

“Əlbəttə, əsas məsələ bundadır ki, baş verən talanlar konkret olaraq genosid kimi təsnif olunsun. Bu məsələdə yalnız bir qərar ola bilər, o da “genosidin” tanınmasıdır.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti