Ərdoğan səfərini təxirə saldı - VİDEO

Ərdoğan səfərini təxirə saldı - VİDEO
  14 May 2014    Oxunub:885
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Somada mədəndə baş verən partlayışla əlaqdar bu gün Albaniyaya planlaşdırılan xarici səfəri təxirə salınıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir mətbuata açıqlamasında partlayış baş verən bölgəyə gedəcəyini deyib.

“Mədəndəki qardaşlarımızla bağlı işlər davam etdirilir. Bir hissəsi çıxarılıb, digərlərinin də axtarışı davam edir. Ölənlərin ailələrinə səbr diləyirəm” – deyə baş nazir bildirib.

R.T.Ərdoğan vurğulayıb ki, hadisə barədə məlumat verilən kimi xilasetmə işləri başladılıb: “Enerji və təbii sərvətlər naziri, Balıkesir və Manisa bölgələrinin millət vəkilləri də hadisə yerindədir. İnşallah növbəti saatlarda yaxşı xəbərlər eşidəcəyimizə ümid edirəm”.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti