Ukraynada müharibə davam edir: 54 ölü - VİDEO

Ukraynada müharibə davam edir: 54 ölü - VİDEO
  14 May 2014    Oxunub:1108
Ukraynanın şərqində yerləşən Slavyansk şəhərində hökumətin anti-terror əməliyyatları davam edir.
Ukrayna hökumətinin ölkənin şərqində apardığı anti-terror əməliyyyatları çərçivəsində Slavyansk şəhərində yerli özünümüdafiə dəstəsinin 54 üzvü öldürülüb.

Ukrayna Milli Qvardiyasının batalyon komandiri Andrey Antonişakın sözlərinə görə, “54 separatçı “Yaquar” qoşunları tərəfindən məhv edilib”.

Onun məlumatına görə, qarşıdurmalar zamanı 5 “Yaquar” əsgəri ölüb, 14-ü yaralanıb.

Xatırladaq ki, Krımın Rusiyaya birləşməsinin ardında Ukraynanın Donetsk və Luqansk vilayətləri də analoji addım atmağı planlaşdırıb. Baş verənləri təxribat adlandıran Ukrayna hökuməti bölgədə anti-terror əməliyyatlarına başlayıb. Əksər şərq regionlarında həyata keçirilən əməliyyatları çərçivəsində özünümüdafiə silahlıları və Ukrayna hərbiçiləri ilə yanaşı onlarla dinc sakin də həyatını ititrib.

Bu arada prezidentin səlahiyyətlərini icra edən Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov “güc əməliyyatlarının” davam etdiriləcəyinin bəyan edib.

Səbinə Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti