Türkiyə bu səhər Manisanın Soma kəndindən gələn acı xəbərlə oyandı. AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Soma kəndində özəl bir şirkətə məxsus mədəndə 2000 metr dərinlikdə baş verən partlayışdan sonra güclü yanğın əmələ gəlib.
Nəticədə 200-dən çox adam həyatını itirib, 350-400 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.