Almaniya kansleri Aİ-nin səhvini etiraf etdi

Almaniya kansleri Aİ-nin səhvini etiraf etdi
  14 May 2014    Oxunub:982
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Ziqmar Qabriel Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı siyasətinin yanlış olduğunu bildirib.
“Təbii ki, Ukraynanın Rusiya və Aİ arasında seçim etməli olması barədə təəssürat yaratmaq yanlış addım idi” – deyə Qabriel vurğulayıb.

Eyni zamanda alman nazir Ukraynada baş verənlərə görə, Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb: “Təbii ki, Aİ-də səhv edib, lakin bu Rusiyanın addımlarına haqq qazandırmır”

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya özünü münaqişə tərəflərindən biri kimi hesab etmir və Qərbin atdığı addımlara görə məsuliyyət daşımaq niyyətində deyil.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti