Rusiyaya ağır zərbə: NATO Özbəkistanda

Rusiyaya ağır zərbə: NATO Özbəkistanda
  14 May 2014    Oxunub:967
Özbəkistanın paytaxtı Daşkənddə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) nümayəndəliyi açılacaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, qurumun nümayəndəliyinin rəsmi olaraq mayın 16-da fəaliyyətə başlayacaq.

“Nümayəndəliyin açılışında NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iştirak edəcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2005-ci ilə qədər Özbəkistan və NATO arasında münasibətlər olduqca akitv şəkildə inkişaf edib, təşkilatın mütəxəssisləri Özbəkistan Silahlı qüvvələrinin hazırlanmasında yaxından iştirak edib.

Lakin 2005-ci ilin may ayında Əndicanda baş verən hadisələrdən sonra tərəflər arasında münasibətlər gərginləşib və yalnız 2008-ci ildə bərpa edilib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti