Fələstin İsraillə danışıqlara hazırdır
Onun sözlərinə görə, tərəflər arasında sərhəd məsələsi həll olunduqdan sonra digər məsələlər müzakirə edilə bilər.
“Biz, fələstinlilər, beynəlxalq birlik və BMT qətnamələri əsasında bu münaqişəni həll etməyə və İsraillə danışıqları bərpa etməyə hazırıq. Lakin bunun üçün İsrail tərəfi iki şərtə əməl etməlidir: İsrail Fələstin torpaqlarda məskunlaşma siyasətini dayandırmalı və ilk üç ay ərzində yalnız sərhəd məsələsi müzakirə edilməlidir.”, -deyə fələstinli diplomat bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az