Kılıçdaroğlu Ərdoğan davasını uduzdu

Kılıçdaroğlu Ərdoğan davasını uduzdu
  14 May 2014    Oxunub:1031
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı qaldırdığı məhkəmə iddiası rədd edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu Ədalət və İnkişaf Partiyasının (AKP) 4-cü konfransında şəxsiyyət hüquqlarını pozduğu iddiası ilə Ərdoğanı məhkəməyə versə də onun iddiası təmin edilməyib.

Anakrada baş tutan məhkəmə prosesində baş nazirin vəkili bildirib ki, Ərdoğanın səsləndirdiyi fikirlər siyasi tənqiddir. Məhkəmə prosesinin hakimi Ramazan Kaya iddianı rədd edib və Kılıçdaroğlunun təzminat tələbi qəbul olunmayıb.

Qeyd edək ki, Kılıçdaroğlu Ərdoğanın 2012-ci il sentyabrın 30-da AKP-nin 4-cü konfransındakı çıxışından sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 50 min lirə mənəvi təzminat tələb edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti