Lavrov: “Ukrayna xalqı seçim etməlidir”

Lavrov: “Ukrayna xalqı seçim etməlidir”
  14 May 2014    Oxunub:1558
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması barədə qərarı yalnız Ukrayna xalqı verməlidir.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bloomberg” televiziyasına müsahibəsində bildirib.

Lavov vurğulayıb ki, Avropa ittifaqı ilə assosiasiya edəcəyi təqdirdə Ukrayna iqtisadiyyatı ciddi şəkildə ziyan çəkəcək.

Ukraynanın NATO-ya üzv olması barədə suala cavablandırarkən Lavrov bildirib ki, Rusiya birmənalı şəkildə buna qarşıdır: “Bu yalnız Ukrayna və NATO məsələsi deyil, həm də Rusiyanın məsələsidir. Çünki bizim NATO-nun genişlənməyəcəyinə dair alyansla razılaşmamız var... Bu razılıq pozulub. Ukraynanı NATO-ya üzv etmək cəhdləri Avropanın bütün təhlükəsizlik sisteminə mənfi təsir edəcək və biz qəti olaraq bu prosesə qarşıyıq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti