Somada ölənlərin ailələrinə pul veriləcək

Somada ölənlərin ailələrinə pul veriləcək
  15 May 2014    Oxunub:1362
Türkiyədə mədən partlaması nəticəsində ölən işçilərin ailələrinə min türk lirəsi məbləğində kompensasiya veriləcək.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Sosial Təhlükəsizlik Qurumunun sədr müavini Mustafa Qurucu deyib.

Sədir müavini eyni zamanda bildirib ki, mədəndə çalışan 15 yaşlı Kamal Ulduz üçün də qanuni prosedur başlanılacaq.

Qeyd edək ki, mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma rayonundakı kömür mədənində partlayış baş verib. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 274 nəfər ölü, 100-dən çox yaralı var.

AzVision.az


Teqlər:





Xəbər lenti