Ukrayna ordusuna 24 saat vaxt verildi - VİDEO
AzVision.az rus mətbuatına istinadla xəbər verir ki, Donbass özünümüdafiə qüvvələri ölkənin şərqində hərbi əməliyyatları dayandıraraq ordunu geri çəkməsi üçün Kiyevə 24 saat vaxt verib. Bu barədə özünümüdafiə dəstələrinin komandan köməkçisi Serqey Zdrilyuk məlumat verib.
“Əgər zirehli texnika geri çəkilməzsə, blokpostlar ləğv olunmazsa, onların hamısı məhv olunacaq, yandırılacaq. Bizim buna gücümüz çatar. Hərəkətə keçməyə hazırıq”- deyə rusmeylli hərbiçi deyib.
Səbinə Həsənova