Rusiya Ukraynanın NATO-ya daxil olmasını istəmir
"Ukraynanı NATO-nun üzvlüyünə təhrik etmək Avropanın ümumi təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Məhz buna görə, Ukraynanın NATO-da qoşulmasının əleyhinəyik”- deyə xarici siyasət rəhbəri qeyd edib. O, əlavə edib ki, bu məsələ təkcə Ukrayna ilə NATO-ya aid deyil, həm də Rusiyanın maraq dairəsindədir.
Serqey Lavrov həmçinin bəyan edib ki, rəsmi Moskva Ukraynanın cənub-şərqində aparılan “güc əməliyyatları” zamanı Kiyevin BMT nişanlı vertolyotlardan istifadə etməsinə aydınlıq gətirilməsini tələb edir: “Bilmək istəyirik, necə olub ki, BMT loqotipli vertolyotlar ölkənin cənub-şərqində etirazçılara qarşı istifadə olunub”.
“Ukrayna vətəndaş müharibəsinə hələ bu qədər yaxın olmamışdı”-deyə Rusiyalı nazır müharibənin yetişdiyini istisna etməyib.
Səbinə Həsənova