Rusiyanın peyki düşdü
RİA Novosti xəbər verir ki, hələlik düşmə ilə əlaqədar qurbanlar və dağıtmalar haqqında məlumat yoxdur.
`Roskosmos`un məlumatına görə, raket atmosferin üst qatlarında olanda, "Proton"un üçüncü pilləsinin işi zamanı qəza baş verib.
"Raket-daşıyıcının üçüncü pilləsinin işi mərhələsində çıxartma zamanı ştatdankənar vəziyyət yaranıb və "Ekspress-AM4R" kosmik aparatı orbitə çıxarılmayıb. Hal-hazırda dövlət komissiyasının nümayəndələri telemetrik informasiyanı təhlil edirlər və ştatdankənar vəziyyətin yaranmasının səbəblərini müəyyənləşdirirlər", - Roskosmos rəhbərinin mətbuat katibi deyib.
Fövqəladə hadisə uçuşun 540-cı saniyəsində baş verib.
Qəza səbəblərinin müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda xüsusi komissiya yaradılacaq.
Teqlər: