Ermənistanda HİV tüğyan edir

Ermənistanda HİV tüğyan edir
  16 May 2014    Oxunub:1054
Ermənistanda HİV-ə yoluxanların sayı maksimum həddə çatıb
Ermənistanda 2013-cü ildə HİV-ə yoluxanların sayı 300 nəfərə çatıb. Bu qonşu ölkədə son illərin ən yüksək göstəricidir. Xatırladaq ki, sonuncu dəfə Ermənistanda HİV-ə bu cür geniş yoluxma halı 1989-cu ildə də qeydə alınıb.(1730 nəfər).

Bu il isə vəziyyət daha da acınacaqlıdır. Təkcə son 4 ay ərzində 111 HİV-li xəstə qeydə alınıb. Ermənistanda HİV-in belə sürətlə yayılmasının səbəbi ilk növbədə acınacaqlı həyat şəraitidir. Belə ki, qazanc dalınca digər ölkələrə üz tutmağa məcbur olan ermənilər getdikləri yerlərdə xəstəliyə tutulur və geri qayıdarkən digərlərini də yoluxdururlar. Statistik məlumata görə, son 4 ay ərzində təkcə Yerevanda 11 nəfər HİV daşıyıcısı həyatını itirib. 1989-cu ilədən bəri ölənlərin sayı isə 400-ə yaxındır. Ölənlərin əksəriyyətinin narkotik maddə, fahişəlik və homoseksualizm vasitəsilə xəstəliyə yoluxduqlarını nəzərə alsaq, demək olar ki, Ermənistanda narkotik maddə aludəçilərinin, fahişələrin və homoseksualların da sayı az deyil. Ermənistanın Şirak rayonunda hər 100 nəfərdən birinin HİV-ə yoluxduğu bildirilir.

Ən acınacaqlı hal isə budur ki, yerli hökumət bunun qarşısını almaq üçün ciddi addımlar atmır. Hələlik həyata keçiriləcək tədbir mayın 18-də QİÇS xəstəliyindən ölənlərin xatirəsini yad etməkdən ibarətdir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti