Narışkin Azərbaycana gəlir

Narışkin Azərbaycana gəlir
  17 May 2014    Oxunub:891
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfər edəcək.

Məlumata görə, S.Narışkin ATƏT Parlament Assambleyasının (PA) yaz sessiyasında Rusiya nümayəndə heyətinə başçılıq edəcək.

“Mən getmək və çıxış etmək niyyətindəyəm. Orada Avropanın təhlükəsizliyinin təminatı ilə bağlı problemlərin müzakirəsində ATƏT PA-nın rolundan danışacam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ATƏT PA-nın yaz sessiyası iyunun 28-dən iyulun 1-dək Bakıda keçiriləcək.(apa)


Teqlər:  





Xəbər lenti