Dünyada vətəndaşlığı olmayan insanların sayı açıqlandı

Dünyada vətəndaşlığı olmayan insanların sayı açıqlandı
  17 May 2014    Oxunub:1023
Dünyada 10 milyon vətəndaşlığı olmayan insan var.

AzVision.az xəbər verir ki, ancaq bu, onların yaşam tərzinə elə də ciddi təsir etmir. Misal üçün, ABŞ-da Livanlı atadan və Yaponiyalı anadan doğulan uşaq istəsə 3 pasport ala bilər və onlar özlərini çox xoşbəxt hesab edirlər.

Özlərini bədbəxt hesab edənlər də az deyil. Məsələn, Norveçdə livanlı anadan və naməlum atadan olan uşaq heç bir pasport ala bilməz. Bu baxımdan inkişaf etmiş ölkələr arasında Norveç istisnadır.

Qeyd edək ki, inkişaf etmiş ölkə bir qayda olaraq onun ərazisində anadan olan uşağa vətəndaşlıq verir.

Vətəndaşlığı olmayanlar isə qanuni olaraq işə düzələ bilmir, hətta başqa ölkəyə də səfər edə bilməz.

Dünyada ən çox vətəndaşlığı olmayan insan isə 800 minlə Myanmardadır. Fil Dişi Sahilində 650 min, Rusiyada 190 min vətəndaşlığı olmayan şəxs var.(anspress)



Teqlər:  





Xəbər lenti