Moskvada 57 nəfər içkiyə görə tutuldu
AzVision.az-ın məlumatına görə, onlar xuliqanlıqda və ictimai yerdə spirtli içki içməkdə ittiham olunur.
Həbslər mayın 15-də Moskva yaxınlığındakı Puşkino şəhərində yüzlərlə adamın çıxdığı nümayişdən sonra olub.
Onlar 22 yaşlı yerli sakin Leonid Safyannikovun öldürülməsinə etirazlarını bildirirdi. Nümayişçilər şəhərdə bir neçə dükanı və kiosku dağıdıblar.
Safyannikovu isə 25 yaşlı özbək miqrant Jahongir Axmedov öldürüb. O, hadisədən sonra Özbəkistana qaçıb, ancaq Rusiyadakı miqrant özbəklər onu məcbur ediblər ki, geri qayıtsın. Axmedov Moskvaya qayıdanda hava limanında həbs olunub.