Türkiyədən son xəbər: ölü sayı 298-ə çatdı

Türkiyədən son xəbər: ölü sayı 298-ə çatdı
  17 May 2014    Oxunub:665
Türkiyənin Soma qəsəbəsində baş verən partlayışda ölənlərin sayı 298-ə çatıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. O bildirib ki, ötən gün daha 14 nəfərin cəsədi mədəndən çıxarılıb:

“284 nəfər işçi həlak olmuşdu və onlar ailələrinə təslim edilmişdi. Xilasetmə işlərini görənlər mədəndə daha 14 nəfərin öldüyü aşkarladı. Yanğının qarşısının alınmağı xilasetmə işlərini asanlaşdırıb.
Mədəndən çıxarılan cəsədlər Akhisar Dövlət Xəstəxanasına göndərilir. Mədəndə nə qədər adamın qaldığı ilə bağlı dəqiq say yoxdur. Bir neçə saat ərzində bu barədə məlumat veriləcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti