![]() |
200 dollara casusluq edən erməni hərbçi saxlanıldı - VİDEO |
Hələlik adı açıqlanmayan hərbçi 2021-ci ilin aprelindən may ayına qədər müxtəlif telefon proqramlarından istifadə edərək məlumatlar toplayıb və işlədiyi adamlara göndərib.
Xüsusilə, o, silah növləri, onların miqdarı, Hindistandan alınan texnikalar, döyüş mövqelərindəki dislokasiyalar haqqında məlumatları ötürüb. Zabitə qarşı cinayət işi açılıb və o həbs edilib.
Xatırladaq ki, MTX son iki ildə bir neçə dəfə dövlətə xəyanət faktını aşkarlayıb. 44 günlük müharibədən sonra Ermənistanda xəyanət ittihamı ilə saxlanılan xeyli sayda hərbçi olub ki, onlar həm döyüşlər vaxtı, həm də müharibədən sonra xarici xüsusi xidmət orqanlarına işləyirlərmiş.
Tural Tağıyev
AzVision.az