Arılar şəhəri zəbt etdi -FOTO

 Arılar şəhəri zəbt etdi -FOTO
  17 May 2014    Oxunub:1235
Londonun mərkəzi ərazilərindən birindəki mağazanın vitrinini arılar zəbt edib.

AzVision.az-ın məlumatına görə, mərkəzə getməyə çalışan bir ingilis arı sürüsünün ortasında qalaraq çətin anlar yaşayıb. Vitrindəki endirim yazısı üzərinə yuva salan arıları görən Londonlular gördükləri mənzərə qarşısında nə edəcəklərini bilməyiblər.

Eyni saatlarda Corc Hil adlı Londonlu sakin avtomobilinin arılar tərəfindən zəbt edildiyini gördükdə şok yaşayıb. Hil evinin qarşısında saxladığı avtomobilinin üzərində təxminən 20 min arının yuva saxladığını söyləyib.

Mütəxəssislər isə bu vəziyyətin normal olduğunu, arıların ilin bu dövründə yeni yuvalar salmaq üçün hərəkətə keçdiklərini ifadə ediblər. Arıların xüsusilə insanları hədəf almadığını deyən mütəxəssislər xüsusi paltar geyərək arıları toplaşdıqları ərazilərindən toplayıblar (ANS-Press).

Qalereya




Teqlər:  





Xəbər lenti