İran dünyaya meydan oxudu: Yeni RLS yaradıldı

İran dünyaya meydan oxudu: Yeni RLS yaradıldı
  17 May 2014    Oxunub:1118
İran görünməyən təyyarələri aşkarlayan RLS hazırlayıb
AzVision.az xəbər verir ki, bu informasiyanı İran mətbuatı yayıb. Mətbuat RLS-in təqdimatının yaxın zamanda həyata keçiriləcəyini deyib: “İran İslam Respublikası gizli və radarda görünməyən təyyarələri (stealth) aşkarlamağa imkan verən yeni radiolokasiya stansiyalarının (RLS) təqdimatını keçirəcək. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib ki, yeni RLS-in təqdimatı sentyabrın 1-də Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının yaranmasının ildönümündə keçiriləcək. General Fərzad İsmaili deyib ki, bu RLS iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal olunub”(axar.az)


Teqlər:





Xəbər lenti