Somada xilasetmə əməliyyatı sona çatdı

Somada xilasetmə əməliyyatı sona çatdı
  17 May 2014    Oxunub:907
Türkiyənin Soma şəhərində kütləvi insan tələfatı baş verən kömür mədənində axtarış-xilasetmə əməliyyatı sona çatıb.
Ölənlərin sayı 301-ə çatıb.

Türkiyə mətbuatının verdiyi xəbərinə görə, bu barədə ölkənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız məlumat verib.

Onun sözlərinə görə, mədəndə baş verən partlayış nəticəsində həlak olan son iki işçinin də meyiti tapılaraq çıxarılıb. Bununla da Türkiyə tarixinin ən böyük mədən qəzasında ölənlərin sayı 301-ə çatıb.

Bu açıqlamadan sonra axtarış-xilasetmə əməliyyatına qatılan xilasedicilər və fəhlələr ərazini tərk etməyə başlayıb.


Teqlər:  





Xəbər lenti