Benqazidə toqquşma: 40-dan çox ölü

Benqazidə toqquşma: 40-dan çox ölü
  18 May 2014    Oxunub:965
Liviyanın Benqazi şəhərində silahlı radikal dini qruplaşmalar və ordu birləşmələri arasında baş vermiş toqquşmalar nəticəsində 43 nəfər ölüb, 100 nəfər yaralanıb.
Bu barədə Liviyanın Səhiyyə Nazirliyinin nümayəndəsi yerli mətbuata bildirib.

Toqquşmalar general Həftərin komandanlığı altında olan hərbi birləşmənin “17 fevral briqadası”nın Benqazidəki bazasına hücumundan sonra baş verib.

Müəmmar Qəddafi devrildikdən sonra Liviyada gərgin vəziyyət hökm sürməkdədir. Ölkə ərazisində çoxlu sayda silahlı qruplaşmalar mövcuddur.


Teqlər:  





Xəbər lenti