Kolizeyin bərpasına 20 milyon avro ayrıldı - FOTO
AzVision-ın məlumatına görə, uzun müddət dağılmaq təhlükəsi altında olan və əsrlərin izlərini özündə daşıyan bu məkan antik dövr arxitekturasının mühüm tərkib hissəsidir.
Bu baxımdan abidənin bərpası xüsusi əhəmiyyət kəsb edir.
2010-cu ilin mayında başlanılan bərpa işləri hazırda davam etməkdədir.
Restavrasiyadan sonra turistlər Kolizeyin ərazisinin 25 faiz daha çox hissəsini görmək imkanı əldə edəcəklər.(anspress)