Azərbaycana gələn maşınlar yolda qaldı

Azərbaycana gələn maşınlar yolda qaldı
  19 May 2014    Oxunub:1465
Rusiya ilə Gürcüstanı birləşdirən Hərbi-Gürcüstan yolunda nəqliyyatın hərəkəti ən azı iki həftəliyə dayandırılıb.

AzVision-ın Virtualaz.org-a istinadən məlumatına görə, buna səbəb mayın 17-də Şimali Osetiyadan başlayan və güclü sürüşmə ilə müşayiət olunan seldir.

Sel nəticəsində Gürcüstanın Şimali Osetiya ilə sərhəd Daryal dərəsində güclü torpaq uçqunu baş verib. Təbii fəlakətlə bağlı Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsi bağlanıb.

Xəbər verildiyi kimi, torpaq sürüşməsi və sel Rusiyadan Ermənistana gedən qaz kəmərini də sıradan çıxarıb.

Torpaq sürüşməsi nəticəsində Terek çayının qarşısı kəsilib, çayda suyun səviyyəsi qalxıb və Şimali Osetiyanın bir neçə yaşayış məntəqəsini su basıb. Hazırda Gürcüstan sərhədinin Rusiya tərəfində 70-dən çox ağırtonnajlı yük avtomobili qalıb. Onlar Ermənistana və Azərbaycana mal daşıyan tranzit yük maşınlarıdır.

Sərhəddə ilişib qalan sürücülər Çmi kəndindəki pioner düşərgəsində yerləşdirilib, həmçinin onlar üçün çadırlar qurulub. Şimali Osetiya hakimiyyəti sürücüləri isti yeməklə təmin edir.


Teqlər:  





Xəbər lenti