Rubikin aradan çıxmaqlığı |
Müəllif etiraf edir ki, Vardanyanın da qəfl Xankəndidən çıxması ciddi daxili siyasi problemlər və mövcud vəziyyətdən çıxış yolu tapa bilinmədiyi üçün baş verib.
"Hraparak"ın bu araşdırmsına istinad edən "Mamul" saytı isə xüsusi olaraq xatırladıb ki, Laçın dəhlizində yolun bağlanmasından sonra separatçı rejimin "məmurları" arasında ciddi gərginlik yaranıb. Xankəndidə "dövlət naziri"nin istefası, hətta qondarma parlamentə növbədənkənar seçkilər mövzusu gündəmə gətirilib.
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Tural Tağıyev
AzVision.az