Ukrayna Rusiyadan 100 milyard dollar istədi

Ukrayna Rusiyadan 100 milyard dollar istədi
  19 May 2014    Oxunub:993
Ukrayna Rusiyaya qarşı 100 milyard dollarlıq iddia hazırlayır.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Aleksandr Turçinov "1+1" telekanalına müsahibəsində bildirib.

Turçinov Rusiyanın şantaj etməyə öyrəşdiyini vurğulayıb: “Qaz şantajı – nəyinki Ukraynaya hətta digər ölkələrə qarşı tətbiq edilən sevimli təzyiq formasıdır”.

Prezidentin sözlərinə görə, bu biabırçılığa son qoymaq zamanı yetişib: Ukrayna bununla bağlı beynəlxalq arbitraj məhkəməsinə müraciət edib”.

Bundan əlavə Turçinov bəyan edib ki, Krımın işğalı Ukrayna iqtisadiyyatına 100 milyard dollardan çox ziyan vurub.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti