Soma faciəsinə görə 5 nəfər həbs edildi

Soma faciəsinə görə 5 nəfər həbs edildi
  19 May 2014    Oxunub:940
Türkiyədə Soma faciəsinəə görə saxlanılan 25 nəfərdən 5-i həbs edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar arasında şirkətin müdiri Akın Çelik, mədən mühəndisləri Yalçın Ərdoğan və Ertan Ersoy, növbə komandirləri Yasin Kurnaz və Hilmi Kazık var.

Saxlanılanlar arasında “Soma” Holdinqin İdarə Heyətinin sədri Can Çelik də var. Şirkətin rəhbəri Alp Gürkanla bağlı “Soma” Holdinqin mətbuata açıqlamasında bildirilib ki, o, saxlanılmayıb, bu barədə heç bir qərar yoxdur.

Xatırladaq ki, mayın 13-də Türkiyənin Soma qəsəbəsində baş verən mədən faciəsində nəticəsində 301 nəfər ölüb, 486 nəfər isə yaralanıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti