Lavrov ATƏT-dən kömək istədi

Lavrov ATƏT-dən kömək istədi
  19 May 2014    Oxunub:972
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna hərbçiləri tərəfindən saxlanılan rusiyalı jurnalistlərin azad olunması ilə bağlı ATƏT-dən kömək istəyib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, “LifeNews” portalının jurnalistləri Oleg Sidyakin və Marat Sayçenko Kramatorsk şəhəri yaxınlığında Ukrayna Millin Qvardiyasının əsgərləri tərəfindən saxlanılıb.

“Mayın 18-də Kramatorsk şəhəri yaxınlığında “LifeNews” portalının jurnalistlərinin saxlanılması ilə əlaqədar olaraq XİN rəhbəri Lavrov ATƏT-in sədri, İsveçrə prezidenti Didye Bürkhalterlə əlaqə yaradıb və onu rusiyalıların təcili azad olunması üçün bu təşkilatın bütün imkanlarını istifadə etməyə çağırıb”, - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilir.


Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər:





Xəbər lenti