Ermənistanda Rusiya əleyhinə aksiya

Ermənistanda Rusiya əleyhinə aksiya
  19 May 2014    Oxunub:833
Ermənilər Rusiyanın Ermənistandakı səfiri İvan Volınkini persona non-qrata elan olunmasını tələb edirlər.

AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, onlarla erməni Yerevanın mərkəzindəki Azadlıq meydanından Rusiyanın Ermənistandakı səfirliyinə doğru etiraz yürüş keçirib. Əllərində “Putinizmə son!” “Azad və müstəqil Ermənistan”, “Erməni- avropalı” yazılmış plakatlar olan ermənilər, səfirlik qarşısına toplaşaraq Rusiya əleyhinə şüarlar səsləndiriblər.

Etirazçılar “Kremli antihumanist, işğalçı və Ermənistanı özününküləşdirmək siyasəti” yürütməkdə ittiham edibər, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkini demokratiya əleyhinə bəyanatlar səsləndirməkdə qınayıblar.

Nümayişçilər rusiyalı diplomatın persona non-qrata elan olunmasını tələb ediblər. Ermənilər həmçinin Rusiyanın iri şəhərlərində “putinizm əleyhinə” etiraz aksiyalarına həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, aksiyada Paruyr Ayrikyanın rəhbərlik etdiyi “Milli özünüdərk” partiyası, hüquq müdafiəçisi Artur Sakunts və digər ictimai təşkilatlar iştirak edib. Erməni mətbuatının məlumatına görə, hazırda Ermənistanın Rusiya səfirliyi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, səfirliyə gedən yollar polisin nəzarəti altındadır.

Xatırladaq ki, Volınkin “erməni-rus münasibətlərinə kölgə salan ictimai təşkilatların neytrallaşdırılması” bəyanatı ilə çıxış etmişdi.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti