AzVision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada hələ də revanşist mövqedə olduğunu açıq şəkildə bəyan edib.
Bu da azmış kimi radikal siyasətçi Türkiyə torpaqları ilə bağlı da anormal iddialar səsləndirib: “Bir dəfə Hrant Matevosyandan soruşublar ki, "Van Türkiyə ərazisindədir? O isə cavabında xeyr, türklər Vandadır" deyib. İndi mənim kapitulyatorlara cavabım nədir? Şuşa Azərbaycanda deyil. Sadəcə azərbaycanlılar hələlik Şuşadadırlar. Qarabağ Azərbaycanın tərkibində olmayıb və olmayacaq”.
Qeyd edək ki, Şarmazanov İrəvanın İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən sonra Azərbaycan əleyhinə tez-tez sərsəm fikirlər səsləndirir. Müxalifətdə böyük rəğbətlə qarşılanan Eduarda yerli media da xüsusi diqqət ayırır.
Tural Tağıyev
AzVision.az