Müharibədə “Zenit qarşıdurması” başlayır – ŞƏRH

// Tərəflər səngər qarşıdurmasına hazırlaşırlar

   Müharibədə “Zenit qarşıdurması” başlayır –    ŞƏRH
  14 Fevral 2023    Oxunub:2548
Ukrayna cəbhəsində Soledar və Baxmut istiqaməti üzrə geniş uğursuzluqlarla qarşılaşan Rusiya Federasiyasının Silahlı Qüvvələri istiqamət üzrə 57 mm-lik “C-60” kompleksinə aid “АЗП-57” zenit toplarını cəmləşdirməyə başlayıb.
1950-cı ildə istehsalata getmiş bu silah Suriya savaş meydanında yük maşını platformasında istifadə olunaraq, küçə döyüşlərində geniş tətbiq edilir. Güman olunur ki, mərmilərinin yüksək sürəti olan (ilkin 1000 m/s) təklüləli avtomatik “C-60” komplekslərindən məhz yer hədəflərinə qarşı istifadə olunacaq.

Xüsusilə qeyd etmək lazımdır ki, Ukraynaya Litvadan yenicə gətirilən 40 mm.-lik “Bofors L70” zenit topları da analoji imkanlara malikdir. Təkmilləşdirilmiş sistem İsveçin Bofors konserni tərəfindən 1930-cu illərdən bəri istehsal olunur və hələ İkinci Dünya müharibəsində tətbiq edilmişdi.

Bu yazıları da qaçırmayın:
Tektonik silah yaratdığı deyilən azərbaycanlı alim indi haradadır? | MƏXFİ QOVLUQ
Müharibədə “Zenit qarşıdurması” başlayır – ŞƏRH
Düşmənin cibində: Ruslar Ukraynaya silah göndərən şirkətlərə pul qoyurlar
Litvanın müdafiə naziri Arvidas Anauşauskasın cari ilin yanvar ayında anons etdiyi 125 milyon avroluq hərbi yardım paketi çərçivəsində yaxın aylarda Ukrayna 136 ədəd “Bofors L70”, ona dair müxtəlif təyinatlı sursatlar və 2 “Mi-8” helikopteri alacaq.

Görünən odur ki, münaqişənin hər iki tərəfi uzunmüddətli lokal səngər-mövqe qarşıdurmasına hazırlaşır və bunun üçün optimal, ucuz və effektiv vasitə seçimindədirlər...

Hans Kloss
Xüsusi olaraq
AzVision.az üçün

Bunlar da sizə maraqlı ola bilərlər:
ABŞ əlindən gələni boş qaba çəkir. "Uçan boşqab"a
“Tehranın razılığı olmadan səfirliyə hücum baş verə biməzdi” – Lativiyalı ekspert (VİDEO)
Gələcəyin energetikası: Hidrogen “yeni benzin” olacaqmı?! – Müsahibə+Video


Teqlər: Ukrayna  





Xəbər lenti