Rusiya Ukraynanın qazını kəsəcək
Medvedyevin sözlərinə görə, Ukrayna Beynəlxalq Valyuta Fondundan 3, 2 miyard dollar kredit götürüb. Odur ki, borcunu ödəməyə pulu var.
Xatırladaq ki, Ukraynanın “Qazproma” 3,5 milyard dollardan çox borcu olduğu irəli sürülür.
Ukrayna tərəfinin məlumata görə, bu ilin birinci rübündə “Naftoqaz”şirkətinin Rusiyaya borcu 1,6 milyard dollar olub. Ukraynanın 2013-cü ildən qalan borcu 637 milyon, təkcə may ayının ilk yarısı üçün borcu isə 665 milyon dollardır.
“Qazprom”un statistikasına əsasən isə, 2013-cü ildə “Naftoqaz” 12,9 milyard kubmetr rus qazı tədarük edib. 2014-cü ilin 5 ayında Ukrayna ötən ilin həcminə bərabər mavi qaz alıb. Belə ki, yanvarda idxal 2,45 milyard kubmetr, fevralda 1,64 milyard kubmetr, martda 1,86 milyard kubmetr, apreldə 2,7 milyard kubmetr olub.
Bu gedişlə “Naftoqaz” Rusiyadan may ayının sonuna 11 milyard kubmetr qaz alacaq. Qeyd edək ki, Ukraynanın ümumi qaz idxalı 20 milyard kubmetr, daxili tələbat isə 40 milyard kubmetr təşkil edir.
AzVision.az
Teqlər: