Ukrayna ordusu hökumətə qarşı

Ukrayna ordusu hökumətə qarşı
  19 May 2014    Oxunub:1009
Ukraynanın Donetsk vilayətinin Krasnomaysk şəhərində dislokasiya olan Ukrayna hərbçiləri ordu rəhbərliyinə qarşı ultimatum irəli sürüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Bizə yemək vermirlər, su gətirmirlər, konservalar yemək üçün heç nə yoxdur. Yerləşdiyimiz ərazini isə tərk etməyə icazə vermirlər. Ay ərzində vəd edilən 2,7 min qriven (təxminən 180 AZN) əvəzinə cəmi 600 qriven (təxminən 39 AZN) verilib. Meyvə və suyu bizə yerli sakinlər verirlər”, – deyə əsgərlər bildirib.

Hərbçilər rəhbərliyə qarşı ultimatum irəli sürüb - əgər üç gün ərzində əmək haqqı ödənilməsə, onda onlar avtomobil yolunu bağlayacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti