"Arayik fevralın 23-də Vardanyanı qovacaq" - Joğovurd nəşri

   "Arayik fevralın 23-də Vardanyanı qovacaq" -    Joğovurd nəşri
  21 Fevral 2023    Oxunub:1123
Ermənistanın məşhur "Joğovurd" nəşri diqqət çəkən və sensasiyalı məlumat yayıb. AzVision.az xəbər verir ki, erməni qəzeti separatçıların rəhbəri Arayik Arutyunyanın fevralın 23-də xüsusi müraciət ünvanlayacağını açıqlayıb.
“Xankəndidəki mənbələrimizdən verilən məlumata görə, Arayik Arutyunyan öz müraciətində "dövlət naziri" Ruben Vardanyanın istefasını elan etmək niyyətindədir. Təbii ki, əgər qarşıdakı iki gündə bəzi dönüş nöqtələri baş verməsə. Bundan əlavə, bizə məlumat verildi ki, Arutyunyan bu xəbəri fevralın 17-də açıqlamaq niyyətində idi. Lakin fevralın 20-də "Qarabağ hərəkatı"nın 35-ci ildönümü olduğu üçün o, elanı təxirə salmaq qərarına gəlib", - nəşr yazıb.

"Hraparak" Rubenin qaçmasını təsdiqlədi: "Hələ də Moskvadadır!"
"Joğovurd" iddia edib ki, "dövlət naziri" postuna yeni namizəd "baş prokuror" Qurgen Nersisyandır.

"Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki, "dövlət naziri" vəzifəsi çox əhəmiyyətlidir. Hökumət başçısı olan həmin şəxs "prezident" tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir”, - qəzet yazıb.

Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Qarabağ  





Xəbər lenti