Rza Zərrab atına 300 minlik maşın aldı

Rza Zərrab atına 300 minlik maşın aldı
  20 May 2014    Oxunub:728
Türkiyədə rüşvətxorluq və korrupsiya əməliyyatı çərçivəsində həbs olunan və daha sonra azad edilən Rza Zərrab atının komfortu üçün 800 000 lirəyə (300 000 AZN) avtomobil alıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə ki, Rza Zərrab qalib gəldiyi yarışlarda üzünü güldürən Dutyfree adlı atı üçün bütün imkanlarını səfərbər edib.

Avtomobildə at üçün hər cür komfort nəzərdə tutulub. At hürkməsin deyə avtomobildə müəyyən bir sürət limiti də var.

Dutyfree adlı atı Zərrab həyat yoldaşı Ebru Gündeşə ad günündə hədiyyə etmişdi.

Qeyd edək ki, iş adamı Rza Zərrabın xarici ölkələrə çıxış qadağası aradan qaldırılıb.




Teqlər:  





Xəbər lenti