Vardanyan "vəzifəsindən" qovuldu

   Vardanyan "vəzifəsindən" qovuldu
  23 Fevral 2023    Oxunub:1607
Separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyan işdən uzaqlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə separatçıların rəhbəri Arayik Arutyunyan "parlament"in iclasında çıxışı zamanı məlumat verib.

"Arayik fevralın 23-də Vardanyanı qovacaq" - Joğovurd nəşri
Bildirilir ki, Vardanyanı baş prokuror Qurgen Nersisyan əvəz edəcək.

Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Vardanyan  





Xəbər lenti