FBI-dan qlobal əməliyyat: 100 haker tutuldu – VİDEO

FBI-dan qlobal əməliyyat: 100  haker tutuldu – VİDEO
  20 May 2014    Oxunub:1396
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) `Blackshades` adlı pirat proqramından istifadə edən 100-dən çox hakeri tutub.
Bu irimiqyaslı əməliyyat Amerika, Kanada, Fransa, İngiltərə, Belçika, İtaliya, Almaniya, Xorvatiya, Avstriya, Moldova, Finlandiya və Çində eyni zamanda həyata keçirilib.

`Blackshades` proqramı kompüterləri uzaqdan nəzarətə almağa imkan verir. `Qara bazar`da cəmi 40 dollara satılan bu proqram uzaqdan hansısa kompüterə daxil olaraq, istifadəçiinin bütün məlumatlarını oğurlamağa imkan verir.

Ən dəhşətlisi odur ki, `Blackshades`dən istifadə edənlər girdikləri kompüterin veb-kamerasını açaraq, onun sahibini izləyə də bilirlər. Və kompüterin sahibinin bundan heç xəbəri də olmur.

AzVision.az




Teqlər:  





Xəbər lenti