Dünyada 21 milyon qul var

Dünyada 21 milyon  qul var
  21 May 2014    Oxunub:1013
Beynəlxalq Əmək Təşkilatı (BƏT) hesablayıb ki, bütün dünyada məcburi əməkdən qanunsuz istifadədən il ərzində 150 milyard dollardan çox gəlir əldə olunur.
BMT ekspertlərinin apardıqları yeni tədqiqatın nəticələrinə görə, həmin gəlirlərin üçdə iki hissəsi seks-sənayenin, qalanları adamların evdə xidmətçi, habelə kənd təsərrüfatında və tikintidə işlədilməsi hallarının payına düşür.
BƏT hesab edir ki, dünyada azı 21 milyon adam məcburi əməyə cəlb olunub. Məcburi işləyənlərin yarısı Asiya sakinləridir.

BƏT ölkə hökumətlərinə müraciət edərək, onları məcburi əməyin səbəblərinə – yoxsulluğa, savadsızlığa və işsizliyə qarşı mübarizə aparmağa çağırıb.


Teqlər:





Xəbər lenti