Dünya bankı: "Zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub"

      Dünya bankı:    "Zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub"
  04 Mart 2023    Oxunub:1771
Fevral ayında baş verən zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub.
AzVision.az xəbər verir ki, bu barədə Dünya Bankının rəsmi saytında dərc olunmuş “Suriyadakı dağıntıların qiymətləndirilməsi üzrə qlobal əməliyyat hesabatı”nda deyilir.

Dəyən ziyanın dəyəri ÜDM-in təxminən 10 faizi miqdarında qiymətləndirilir. Zərər 10 milyondan çox insanın xəsarət aldığı 4 Suriya bölgəsində qeydə alınıb.

Dünya Bankının məlumatına görə, zəlzələlərdən daha çox Hələb əyaləti (45 faiz - 2,3 milyard dollar), İdlib (37 faiz - 1,9 milyard dollar) və Latakiya (11 faiz - 549 milyon dollar) zərər çəkib.

AzVision.az


Teqlər:





Xəbər lenti