İlham Əliyev: "Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib"

      İlham Əliyev:    "Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib"
  06 Mart 2023    Oxunub:763
Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib, bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bildirib.

Dövlət başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, bu səfərin yaxşı nəticələr verdiyini, Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib.

Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını deyən Azərbaycan Prezidenti əlaqələrimizin gündəliyinin genişləndiyini bildirib, bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti