
Qeyd edək ki, Ramiz Rzayev 25 fevral 1953-cü ildə anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub.

R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. R.Rzayev Azərbaycan Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Prezidentin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib.

R.Rzayev Prezidentin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 20 noyabr 2018-ci il tarixli Sərəncamla isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Dövlət başçısı 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə R.Rzayevi "Şərəf" ordeni ilə təltif edib.

AzVision.az