"Paşinyanın reytinqi tarixi minimuma enib" - Şarmazanov

   "Paşinyanın reytinqi tarixi minimuma enib"    - Şarmazanov
  07 Mart 2023    Oxunub:1121
Radikal çağırışları və anti-Azərbaycan mövqeyi ilə seçilən Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, yerli mediaya açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi fiaskoya uğrayıb: “Nikol Paşinyan və onun siyasi komandasının reytinqi tarixi minimuma çatıb. Hətta müharibədən sonra belə onun reytinqi indiki kimi aşağı deyildi".

Şarmazanov sərsəmlədi: "Azərbaycanlılar müvəqqəti Şuşadadırlar"
Onun sözlərinə görə, başqa problem odur ki, müxalifətdə hələ də reytinqi indiki İrəvan rəhbərlərindən yüksək olan qüvvə yoxdur. Amma hamı aşkar görür ki, cəmiyyətin bir hissəsi Nikolun siyasətinə inanmır. Elə baş nazirin özü dəbunu görür.

"Məhz bu səbəbdən hökumət Qarabağ məsələ ilə ciddi şəkildə məşğul olmağa tələsir. Yəni Qarabağı rəsmi şəkildə Azərbaycana təhvil verməyə çalışır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ  





Xəbər lenti