"Azərbaycan DİM indeksinə görə Cənubi Qafqazda liderdir" - Yasemin Bitlis

   "Azərbaycan DİM indeksinə görə Cənubi Qafqazda liderdir" -    Yasemin Bitlis
  09 Mart 2023    Oxunub:802
Azərbaycan dayanıqlı inkişaf məqsədləri (DİM) indeksinə görə Cənubi Qafqaz regionunda lider mövqe tutur.
AzVision.az xəbər verir ki, bu barədə İstanbul Beynəlxalq Siyasət Mərkəzinin analitiki Yasemin Bitlis Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün "İnvestor xəritəsi"nin təqdimatında deyib.

Onun sözlərinə görə, 2022-ci ildə ölkə bu indeksə görə dünyanın 163 ölkəsi arasında 50-ci yer tutub.

"Bu cür nəticələrin əldə olunmasına ölkədə alternativ enerji mənbələri, ətraf mühitin mühafizəsinin təmin edilməsi və tullantıların təmiz emalı, habelə yaşıl iqtisadiyyata keçid üzrə layihələrin reallaşdırılması imkan yaradıb", - o deyib.

Y.Bitlis həmçinin Azərbaycanın hazırki reallıqda tranzit qovşağı olaraq investisiyalar üçün cəlbedici ölkədir.

"Bildiyiniz kimi, bu gün dünyada təchizat zənciri pozulub və Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların mərkəzi olduğu yeni təchizat zənciri formalaşmaqdadır", - o qeyd edib.

Analitik həmçinin bu gün alternativ enerji mənbələrinin Azərbaycanda enerji hasilatında az yer tutmasına baxmayaraq, ölkədə xarici investorları cəlb edən böyük potensialın olduğunu bildirib.

"Artıq bu gün Azərbaycanda bərpa olunan enerji mənbələri sektoruna milyon dollarla investisiyalar qoyulur, ölkənin investisiya iqliminin daha da yaxşılaşdırılması, birbaşa xarici investisiyaların cəlb olunması və DİM-in əldə olunması məqsədilə ölkənin tam potensialının araşdırılması üzrə işlər aparılır", - o deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti