Rafiq Aslanov: “Suyun min kub metrinin qiyməti 70-80 manata başa gəlir”

    Rafiq Aslanov:    “Suyun min kub metrinin qiyməti 70-80 manata başa gəlir”
  10 Mart 2023    Oxunub:2337
“Bu gün suyun min kub metrinin qiyməti 70-80 manata başa gəlir. Biz isə hər 1000 kub metr suyu sudan istifadə birliklərinə 50 qəpiyə alırıq".
AzVision.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə, sudan istifadə birlikləri xərclərini qoyaraq satışını həyata keçirir:

"Bu isə maya dəyərindən 1-2 faiz yuxarı olmur".

R.Aslanov qeyd edib ki, ölkədə bir sıra balıq gölməçələri mövcuddur: "Qanunsuz balıqçılıq gölməçələri də var, lakin onlar bütün su ehtiyatlarının 15 faizidir. Orada əsasən drenaj vasitəsilə duzlu su gətirilir”-deyə, o bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti