Ərdoğan İsrailə təşəkkür etdi

Ərdoğan İsrailə təşəkkür etdi
  22 May 2014    Oxunub:905
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail və Norveç səfirliklərinə ölkələrinin milli bayramları ilə əlaqədar planlaşdırdıqları qəbulu ləğv etdiklərinə görə təşəkkür edib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən bildirib.

Qeyd edək ki, hər iki qəbul Somadakı faciə ilə bağlı ləğv edilib.

Ərdoğan bununla bağlı bildirib: “Onlardan bəziləri bizim prezident, digərləri isə parlament lideri ilə əlaqə saxlayıb. Mən faciə ilə əlaqədar mənə zəng edən qardaş və dost dövlətlərin liderlərinə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, İsrail Türkiyəyə Somadakı faciə ilə əlaqədar nəticələrinin aradan qaldırılması üçün öz texniki köməyini təklif etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti